“Hər yaş qrupundan olan insanlar koronavirusun “Omicron” ştamına yoluxa bilər. Peyvənd olunmamış insanlar daha tez virusa yoluxa bilər. Gənclər və uşaqlarda yoluxma sıxlığı ilə bağlı araşdırmalar hələ də davam etdirilir”.
Hafta.az xəbər veriri ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov açıqlamasında bildirib.
Həkim qeyd edib ki, “Omicron” ştamına yoluxan, peyvənd olunmayan və ya natamam peyvənd olunanlarda xəstəlik törətmə qabiliyyəti var:
“Ona görə 3 doza peyvənd şiddətlə tövsiyə olunur. Bu immun sisteminin dayanıqlığını artırır, mutasiyaya uğramış bu virusda daha da güclü olaq”.
F.Sədirovun sözlərinə görə, ÜST -ün qəbul etdiyi bütün vaksinlər koronavirusun bütün ştamlarına qarşı bu və ya digər dərəcədə qoruyucudur:
“Hər zaman demişik ki, koronavirusa qarşı istifadə olunan peyvəndlər virusdan yüz faiz qorumur. Amma ağır xəstəlik hallarından və ölümdən yüksək faizdə qoruyur”.